Netanyahunun Azərbaycana səfəri təxirə salınıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Netanyahunun Azərbaycana səfəri təxirə salınıb - YENİLƏNİB
İsrailin Baş nazirinin Azərbaycana səfəri təxirə salınıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bu ilin 7-11 may tarixlərində planlaşdırılan Azərbaycana səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.

Operativ Media "The Times of Israel" saytına istinadən xəbər verir ki, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə açıqlamada bildirilir.

Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

***

21:23
 

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Məlumata görə, bu qərar Suriyada baş verən hadisələr fonunda qəbul edilib.

Digər xəbərlər