ABŞ-dən olan kardinal Robert Prevost yeni Roma Papası seçilib.
Bu barədə Operativ Media xəbər verir.
Bildirilir ki, Kardinal Robert Frensis Prevo ABŞ-dən olan ilk Papadır. O, XIV Lev adını alıb.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.
20:20
Vatikanda yeni Roma Papası seçilib.
Operativ Media xəbər verir ki, Sikstin Kapellasının bacasından ağ tüstü qalxıb, bu isə yeni Papaya seçildiyini bildirən ənənəvi işarədir.
Katolik dünyasında bu hadisə böyük əhəmiyyət kəsb edir.
Seçimin nəticələri barədə rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir.
Qeyd edək ki, yeni pontifik Müqəddəs Taxt-Tacın 267-ci rəhbəri olacaq.






