Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasına yol verə bilməz.
Operativ Media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı sualı cavablandırarkən səsləndirib.
O qeyd edib ki, bu məsələ Rusiya üçün əsas milli təhlükəsizlik narahatlığıdır və Moskva bu məsələdə öz möhkəm və dəyişməz mövqeyini qoruyur.
Bundan əlavə, Peskov Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi ehtimalını da qəti şəkildə rədd edib.
Onun sözlərinə görə, bu cür təşəbbüslər bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər və Rusiya bu addımla razılaşmayacaq.






