Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-li həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, danışıq zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıq imkanları müzakirə olunub.
Bununla yanaşı, regional məsələlər xüsusilə Suriya, Qəzza və Ukraynadakı vəziyyət də diqqət mərkəzində olub.
Tərəflər bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün atıla biləcək addımları müzakirə ediblər.






