Səudiyyə Ərəbistanı ABŞ-dən 142 milyard dəyərində silah alacaq - YENİLƏNİB

Əsəd Abbaslı
Səudiyyə Ərəbistanı ABŞ-dən 142 milyard dəyərində silah alacaq - YENİLƏNİB

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalanan strateji iqtisadi tərəfdaşlığa dair sazişin detallarını açıqlayıb.

Operativ Media xəbər verir ki, sazişə əsasən Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar sərmayə yatırmaq öhdəliyini üzərinə götürüb.

Bildirilir ki, bu, ABŞ-nin enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiyada liderliyini, qlobal infrastruktura və kritik minerallara çıxışını gücləndirəcək.

Müqaviləyə həm də 142 milyard dollar dəyərində silah satışı daxildir. Bu indiyə kimi imzalanmış ən böyük həcmdə silah sazişidir.

Saziş əsasında Səudiyyə Ərəbistanına hava qüvvələrinin inkişafı və kosmik imkanlar, hava və raketdən müdafiə, dəniz və sahil təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və quru qüvvələrinin modernləşdirilməsi və informasiya və rabitə sistemlərinin təkmilləşdirilməsi istiqamətlərində silahlar satılacaq.

20:15

ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib.

Digər xəbərlər