Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Şəra arasında dörd tərəfli telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Ərdoğan öz "X" hesabında paylaşım edib.
"Ümid edirəm ki, tezliklə bu görüşün nəticələrini görəcəyik. Ötən həftəki telefon danışığımızdan sonra dünən Səudiyyə Ərəbistanında Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayan ABŞ prezidenti Trampa təşəkkür etmək istəyirəm. Qəzzada indi vəhşilik həddinə çatmış humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın dəstəyinə ümid edirəm. Tezliklə Qəzza ilə bağlı ürəkaçan xoş xəbər alacağımıza ümid edirik".






