Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır - YENİLƏNİB

Əsəd Abbaslı
Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır - YENİLƏNİB

Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına və mümkün kompromislərə hazırdır.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Rusiya Federasiyası Prezidentinin köməkçisi qeyd edib ki, Rusiya nümayəndə heyətində bütün maraqlı qurumların nümayəndələri və rəhbər heyəti təmsil olunur.

O, danışıqların nə vaxt başlayacağı sualını cavabsız qoyub.

17:51

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşünün başlaması ilə bağlı mətbuatda yayılan məlumat həqiqətə uyğun deyil.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxı bildirib.

****

17:13

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Dolmabahçe sarayında keçirilən görüşdə Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.

Digər xəbərlər