Yunanıstan XİN rəhbəri Türkiyədə səfərdədir - YENİLƏNİB

Nərmin Qocamanlı
Yunanıstan XİN rəhbəri Türkiyədə səfərdədir - YENİLƏNİB


Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyədə səfərdədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Nazir zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib.

***

Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.

"Operativ Media"  xəbər verir ki, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə Dendias zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.

Digər xəbərlər