Ukrayna ordusu Rusiyanın strateji bombardmançı təyyarələrinə qarşı genişmiqyaslı hücum əməliyyatı keçirib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, PUA-larla 40-dan çox Rusiya təyyarəsi vurulub. Söhbət strateji bombardmançı Tu-95, Tu-22M3, eləcə də A-50 təyyarələrindən gedir.
Bu hücumun vurduğu maddi zərər 2 milyard dollardan çoxdur.
Görüntülər Rusiyanın İrkutsk vilayətindəki Belaya aerodromundandır.
Hücumların digər ünvanı Murmansk vilayətindəki Olenya aviabazası və Ryazandakı aerodromdur.