"Mançester Siti" "Arsenal"ın qonağı olacaq

Əziz Əzizli
"Mançester Siti" "Arsenal"ın qonağı olacaq

İngiltərə Premyer Liqası çərçivəsində 12-cu turdan təxirə getmiş oyun keçiriləcək.

"Operativ Media" xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti" klubunu qəbul edəcək. Prinsipiallığı ilə seçilən matç Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Mançester şəhər təmsilçisi lider "Arsenal"dan 3 xal geri qalır.

Digər xəbərlər