ABŞ prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kihara növbəti mətbuat konfransında jurnalistlərə məlumat verib.
“ABŞ prezidenti Tramp Yaponiyaya dəvət olunub. Onun səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir”, – deyə Kihara bildirib.
O qeyd edib ki, Tramp səfər çərçivəsində Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, həmçinin İmperator Naruhito ilə də görüşəcək. Baş nazir Amerika liderinin səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafında mühüm addım olacağına əminliyini ifadə edib.
Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq.