Litva, qaçaqmalçıların ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarına cavab olaraq Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Vilmantas Vitkauskasa istinadən məlumat yayıb.
Jurnalistlərə açıqlamasında idarə rəisi bildirib ki, hava limanı fəaliyyətini bərpa etdikdən sonra bu qərara yenidən baxılacaq.
“BNS” agentliyinin daha əvvəl verdiyi məlumata görə, bitişik hava məkanında hava şarlarının aşkar olunması səbəbindən Vilnüs Beynəlxalq Hava Limanında əməliyyatlar çərşənbə axşamı gecəyarısına yaxın dayandırılıb. Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, hava məkanında bir neçə onlarla hava şarı aşkarlanıb.
Qeyd olunur ki, bu şarlar tez-tez siqaret qaçaqmalçıları tərəfindən Belarusdan Litvaya qaçaqmalçılıq yolu ilə siqaret keçirmək məqsədilə istifadə olunur.