İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planına veto qoyması ilə bağlı “Reuters“ agentliyinin xəbərini təsdiqləməyib.
Operativ Media xəbər verir ki, Netanyahu bu haqda “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.
Bu cür söhbətlər haqqında o qədər yalan məlumatlar var ki, onlar heç vaxt baş verməyib. Mən buna girməyəcəm. Amma sizə deyə bilərəm ki, biz lazım olanı edirik və lazım olanı edəcəyik.", - Netanyahu deyib.
Qeyd edək ki, “Reuters“ iki amerikalı rəsmiyə istinadən Trampın İsrailin Əli Xamneyini öldürmək planına veto qoyduğu haqda məlumat yaymışdı.
20:25
Tramp Xomeyninin öldürülməsi planına veto qoyub.
Operativ Media xəbər verir ki, İsrail kanalının və Reuters agentliyinin yaydığı məlumata görə, İsrail İranın ali dini lideri Əli Xomeyniyə qarşı sui-qəsd planını müzakirə edib.
Lakin ABŞ Prezidenti Donald Tramp bu planı veto edərək onun həyata keçirilməsinə icazə verməyib.
Bildirilir ki, Tramp son günlərdə bu mövzuda qəti mövqe sərgiləyib.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.