Sabah UEFA Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində "Trabzonspor" - "Bazel" matçı keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Trabzon təmsilçisi zəlzələdə həyatını itirənlərdən dolayı oyuna qara formalarla çıxacaq.
"Bazel" klubunun baş məşqçisi sabahkı oyun haqqında danışıb.
"Rəqibimiz kimi biz də bu matçı məcburiyyətdən oynayacağımız bir matç olaraq düşünürük. Heç bir şəkildə qol sevincinin edilməməsini axşamkı toplanışda futbolçularıma söyləyəcəyəm".