Sabah Avropa Konfrans Liqasının 1/8 final mərhələsində "Qarabağ" "Gent"i qonaq edəcək.
"Operativ Media" xəbər verir ki, Ağdam təmsilçisi bu matça itkilərlə çıxacaq. Zədəli olan Abbas Hüseynov və Şahruddin Məhəmmədəliyev bu matçda iştirak etməyəcək.
"Frayburq"la oyunda birbaşa qırmızı vərəqə aldığı üçün Kevin Medina da "Gent"lə hər iki matçı buraxacaq.
Qeyd edək ki, matç sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.