İran bəyan edib ki, onun ABŞ hərbi bazalarına qarşı keçirdiyi əməliyyat "Qələbə müjdəçisi" adlanır.
Operativ Media xəbər verir ki, hazırda İran Qətərdəki və İraqdakı ABŞ hərbi bazalarına zərbələr endirir.
İran Qətərdəki ABŞ bazalarına 6, İraqdakı bazalara isə 1 raket buraxıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Təhülkəsizlik Şurasının iclasını çağırıb.
İraqdakı ABŞ aviabazaları döyüş hazırlığı vəziyyətinə gətirilib.
20:49
Qətərin paytaxtı Dohada bir neçə güclü partlayış səsləri eşidilib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran Qətər və İraqdakı ABŞ hərbi bazalarına ümumilikdə 6 raket atıb.
Hücum nəticəsində mümkün tələfat və dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.