Türkiyənin “Antalyaspor” klubu hücumçusu Luis Adriano ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb. Otuz beş yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, yeni klubu ilə 2023-cü ilin sonunadək müqavilə bağlayıb.
2022-ci ilin əvvəlindən “Antalyaspor”da çıxış edən futbolçu 38 oyuna 8 qol vurub.