Vizasız rejim tətbiq edilən ölkələrin siyahısı genişlənə bilər
Operativ Media
Bu gün 17 dövlətin vətəndaşları Azərbaycana vizasız qaydada səfər edə bilirlər. Bundan əlavə, 89 dövlətin vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə elektron viza alaraq ölkəyə gəlir, 11 dövlətin vətəndaşları isə vizanı birbaşa hava limanında rəsmiləşdirə bilirlər.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29- da keçirilən brifinqdə məlumat verib.
Xidmət rəisi qeyd edib ki, son vaxtlar, xüsusilə son iki-üç ay ərzində bir sıra dövlətlərlə birtərəfli qaydada vizasız rejim tətbiq olunub. Bunlara Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina daxildir. Gələcəkdə isə bu dövlətlərin siyahısının daha da genişləndirilməsi mümkündür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net