Menyu

"Seltik" daha bir hücumçu transferi reallaşdırdı

Operativ Media
"Seltik" daha bir hücumçu transferi reallaşdırdı
1 dəq oxu

​Şotlandiyanın "Seltik" klubu danimarkalı hücumçu Kasper Hyoqun transferini rəsmiləşdirib.

​Operativ Media xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə bağlanıb.

​Hücumçunun son klubu Norveçin "Budö-Qlimt" komandası olub. Onun Norveç təmsilçisi ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-dək idi. K.Hyoq 2025/2026-cı illər mövsümündə keçirdiyi 30 qarşılaşmada 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

​"Transfermarkt" portalı oyunçunun bazar dəyərini 12 milyon avro, "Seltik"ə keçidinin məbləğini isə 12,85 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər