Menyu

DİM sədri V “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib

Operativ Media
DİM sədri V “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Görüş zamanı qaliblər mentorluq proqramı çərçivəsində müşahidəçi qismində iştirak etdikləri imtahanlarla bağlı təəssüratlarını paylaşıblar. Daha sonra mentilərin irəli sürdükləri fikir və təkliflər müzakirə edilib.

M.Abbaszadə mentilərin yeni layihələrə cəlb edilməsi yolu ilə qiymətləndirmə prosesləri, peşəkar inkişaf və liderlik bacarıqlarının formalaşdırılması üçün öz tövsiyələrini bölüşüb.

Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər