Menyu

Bakı metrosunda 2030-cu ilədək 300-ə yaxın yeni vaqon alınacaq

Nicat Hüseynli
Bakı metrosunda 2030-cu ilədək 300-ə yaxın yeni vaqon alınacaq

Bakı Metropolitenində 2030-cu ilədək hərəkət parkının yenilənməsi və yeni vaqonların alınması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Namiq Yusubov məlumat verib. 

Bildirib ki, hazırda metropolitendə 71 qatar tərkibi mövcuddur. 

O qeyd edib ki, 2030-cu ilədək əsas diqqət Bənövşəyi xətt üzrə hərəkət tərkibinin yenilənməsinə yönəldiləcək.

Onun sözlərinə görə, bu müddət ərzində Bənövşəyi xətt üçün 300-ə yaxın yeni vaqonun alınması planlaşdırılır. Alınacaq vaqonların əsasən bu xətt üzrə istismara verilməsi nəzərdə tutulur.

Namiq Yusubov bildirib ki, digər xətlər üzrə də hərəkət intervallarının azaldılması üçün yeni hərəkət tərkiblərinin alınması planlaşdırılır. Qırmızı xətt üzrə “İçərişəhər” stansiyasının dalan yolunun inşasından sonra intervalın azaldılması üçün imkan yaranacaq.

Həmçinin Dərnəgül istiqamətində, gələcəkdə Y10 və Y15 stansiyalarının inşasından və dönmə kamerasının istifadəyə verilməsindən sonra yaşıl xətt üzrə qatarlararası intervalın azaldılması mümkün olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər