Menyu

Paşinyan: “Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlıq edə bilər”

Operativ Media
Paşinyan: “Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlıq edə bilər”
1 dəq oxu

Ermənistan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlıq edə bilər.

Operativ Media “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinq zamanı bəyan edib.

"Azərbaycanlı mütəxəssislər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda səfərdə olublar. Keçirilən görüşlərdə elektrik enerjisi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri ətraflı müzakirə edilib. İki ölkə arasında, o cümlədən elektrik enerjisinin qarşılıqlı ixracı və idxalı üzrə tərəfdaşlıq münasibətlərinin qurulması tamamilə mümkündür", - o, qeyd edib.

Əlaqəli Xəbərlər