Menyu

Romelu Lukaku "Fənərbaxça"ya keçidini şərh edib

Operativ Media
Romelu Lukaku "Fənərbaxça"ya keçidini şərh edib
1 dəq oxu

Belçika millisinin hücumçusu Romelu Lukaku İtaliyanın "Napoli" klubundan Türkiyənin "Fənərbağça" takımına transfer olunması barədə fikirlərini bölüşüb.

​Operativ Media xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında yayımlanan müraciətində 33 yaşlı forvard bu klubun sıralarına qoşulmasının onun üçün böyük qürur olduğunu qeyd edib.

​Belçikalı futbolçu uşaqlıq illərinin keçdiyi və atasının sayəsində peşəkar futbolla erkən yaşlarda tanış olduğu Türkiyəyə uzun illərdən sonra qayıtdığını vurğulayaraq, tamamilə hazır və motivasiyalı olduğunu bildirib.

​Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm "Napoli"nin heyətində cəmi 7 matçda meydana çıxaraq 1 dəfə rəqib qapısına yol tapıb. O, cari ildə təşkil olunan dünya çempionatında isə keçirdiyi 6 qarşılaşmada 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər