Menyu

Emeri: "Kvaratsxeliya "Qızıl top"u qazana bilər"

Operativ Media
Emeri: "Kvaratsxeliya "Qızıl top"u qazana bilər"
1 dəq oxu

Paris təmsilçisi PSJ UEFA Superkuboku uğrunda matçda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub etdikdən sonra baş məşqçi Unai Emeri hücumçu Xviça Kvaratsxeliyanın prestijli mükafatı qazanmaq potensialına malik olduğunu açıqlayıb.

​Operativ Media xəbər verir ki, "Mega PSG" nəşrinə açıqlama verən ispaniyalı mütəxəssis gürcüstanlı futbolçunun "Qızıl top" mükafatına iddialı ola biləcəyini vurğulayıb.

​Xatırladaq ki, "Qızıl top" mükafatlandırma mərasimi cari ilin oktyabrın 26-da Londonda təşkil olunacaq. Qeyd edək ki, Paris klubu ardıcıl ikinci mövsümdür ki, mövsümə UEFA Superkubokundakı qələbə ilə start verir.

Əlaqəli Xəbərlər