Menyu

Səbailin iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

Operativ Media
Səbailin iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ
1 dəq oxu

Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində qaz təchizatında fasilə yaranacaq.

Operativ Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qazın verilişi 13 avqust 2026-cı il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qısamüddətli dayandırılacaq.

Fasilənin təmir-quraşdırma işləri ilə əlaqədar olduğu qeyd edilib.

Əlaqəli Xəbərlər