Menyu

Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə!

Operativ Media
Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə!
MİDA “Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin həm əsas satışı, həm də gözləmə qaydasında seçilməsi üzrə yenilənmiş təlimatları təqdim edib. Təlimatlar elektron kabinetə sahib vətəndaşların bütün mərhələləri düzgün həyata keçirməsinə kömək etmək üçün nəzərdə tutulub.

Operativ Media xəbər verir ki, mənzil seçimi prosesinin əsas qaydaları və ardıcıllığı aşağıdakı kimidir:

Sistemdən istifadə və təhlükəsizlik

Mənzil seçimini yalnız kompüter vasitəsilə etmək tövsiyə olunur. Elektron imza ilə giriş edən şəxslərin sistemdəki təhlükəsizlik bildirişini imzalaması üçün kompüterdə SİMA İmzalayıcı, Onlayn imzalayıcı V2, SİMA Token Drayver və Kök mərkəzinin sertifikatları kimi proqramlar olmalıdır.

Elanlar və limitlər

Mənzillərin satışı haqqında elan satış günündən ən azı 30 gün əvvəl verilir. Satışa və ya gözləmə seçiminə 24 saat qalmış elektron kabinetdə geri sayım başlayır və vaxt tamam olduqda sistem avtomatik aktivləşir. Hər bir vətəndaş bir elan çərçivəsində gözləmə qaydasında yalnız bir mənzil seçə bilər.

Mənzil seçimi üsulları

Sistemdə mənzil axtarışı üçün üç fərqli imkan yaradılıb: ünvan üzrə, xəritə üzərində və parametrlər üzrə. Satış başlayan kimi ilk olaraq "Ünvan üzrə" seçim aktivləşir, daha sonra isə ardıcıl olaraq "Xəritə üzərində" və "Parametrlər üzrə" axtarış üsulları istifadəyə verilir.

Mənzillərin statusu və növbəlilik

Axtarış zamanı mənzillər müxtəlif statuslarda görünür. Əgər mənzil tam boşdursa, onu dərhal seçmək və ya gözləmə qaydasında birinci sırada növbəyə götürmək mümkündür. Artıq bir nəfər tərəfindən seçilmiş mənzilləri holdsa ikinci sırada gözləməyə götürmək olar. Başqa şəxslərin baxdığı və ya artıq iki nəfərin növbəyə durduğu mənzillər isə sistemdə bloklanır.

Ödəniş şərtləri və ipoteka qaydaları

İpoteka krediti ilə mənzil seçmək istəyən şəxslərin elektron kabinetində öncədən yerləşdirilmiş ilkin razılıq qərarı olmalıdır. Mənzili öz vəsaiti hesabına seçənlərin sonradan ödəniş üsulunu ipotekaya dəyişməsinə icazə verilmir.

İpoteka ilə seçim edən şəxs 10 iş günü ərzində banka müraciət edib kredit razılığı almalıdır. Əgər bank kreditə imtina verərsə, vətəndaşa mənzili öz vəsaiti ilə almaq üçün 3 iş günü vaxt verilir. Bu müddətdə təsdiq edilməyən mənzillər üzərindən məhdudiyyət götürülür və digər şəxslər üçün yenidən satışa çıxarılır.

Rəsmiləşdirmə və növbənin ötürülməsi

Mənzil seçimi təsdiqləndikdən sonra öz vəsaiti ilə alanlar təyin olunan tarixdə notariusa yaxınlaşaraq müqavilə bağlayırlar.

Əgər mənzili əsas mərhələdə seçmiş şəxs alqı-satqını rəsmiləşdirməzsə, mənzili almaq hüququ avtomatik olaraq onu birinci sırada gözləməyə götürən vətəndaşa keçir. Həmin şəxs də imtina edərsə, hüquq ikinci sıradakı şəxsə verilir. Bu barədə vətəndaşlara SMS, e-poçt və elektron kabinet vasitəsilə məlumat göndərilir. Müqavilə bağlandıqdan sonra mənzil sistemdə "Rəsmiləşdirilmiş mənzil" kimi qeydə alınır.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər