"Dərnəgül" elektrik deposuna ilk qatar daxil olub
Operativ Media
"Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposuna ilk qatar daxil olub.
Operativ Media xəbər verir ki, qatar sərnişinləri "Dərnəgül" stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib.
Bildirilib ki, elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb.
Qeyd olunub ki, layihə "Bakı Metropoliteni"nin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, "Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net