Menyu

Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edilib

Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edilib

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya İstanbulda yerləşən Santa Mariya kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib.

"Operativ Media" xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.

Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir, bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda ölmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər.

Xatırladaq ki, bu gün İstanbulda yerləşən Santa Mariya silahlı insident baş verib.

Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər