Menyu

HƏMAS İsraili atəşkəs sazişindən yayınmaqda ittiham edib

Əsəd Abbaslı
HƏMAS İsraili atəşkəs sazişindən yayınmaqda ittiham edib

Fələstin HƏMAS hərəkatı İsraili Qəzza zolağında atəşkəs sazişinin icrasından yayınmaqda günahlandırıb.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mardavi bəyanat verib.

"Netanyahunun ofisinin son bəyanatı İsrailin imzaladığı sazişlərdən yayınmasını təsdiqləyir", – deyə Mardavi bildirib.

O, atəşkəsin yalnız tam şəkildə həyata keçirilməli olduğunu, İsrail qoşunlarının çıxarılması və Qəzza zolağının bərpasının vacibliyini vurğulayıb.

Netanyahunun ofisi isə bildirib ki, İsrail Stiven Vitkoffun planını qəbul edir.

Plana görə, fələstinli radikallar əvvəlcə girovların bir hissəsini azad edəcək, yekun razılıq əldə olunarsa, qalan girovlar və həlak olanların cəsədləri qaytarılacaq. İsrail tərəfi HƏMAS-ın bu təklifi qəbul edəcəyi halda danışıqlara hazır olduğunu bəyan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər