Menyu

Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Əsəd Abbaslı
Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

Səfirin sözlərinə görə, nazir martın 13-15-də paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.

Diplomat xatırladıb ki, bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.

“Nazirlər – Georq Georgiyev və Ceyhun Bayramov həmin görüşdə strateji tərəfdaşlığın iqtisadi, ticari və enerji aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - o deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər