Menyu

Ukrayna qüvvələri Rusiyanın Donetsk vilayətinin şərqində irəliləyişini dayandıra bilib

Ukrayna qüvvələri Rusiyanın Donetsk vilayətinin şərqində irəliləyişini dayandıra bilib

Ukrayna qüvvələri Rusiyanın Donetsk vilayətinin şərqində irəliləyişini dayandıra bilib və tədricən kiçik əraziləri geri almağa başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Nyu York Tayms” ukraynalı hərbçi və analitiklərə istinadla yazıb.

“Rusiya təşəbbüsü saxlasa və şərq cəbhəsində hər gün onlarla hücum təşkil etsə də, qoşunları xeyli tükənib. 15 aydan çox davam edən aktiv hücum texnika və canlı qüvvə itkisinə səbəb oldu. Ukrayna ordusu da öz növbəsində bu şəraitdən öz xeyrinə istifadə edir”, - nəşr bildirib.

Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçis Maykl Kofman qeyd edib ki, Rusiyanın Donetskdəki hücum səyləri son aylarda pis hava şəraiti, rus qoşunlarının tükənməsi və Ukraynanın rus qoşunlarının döyüş tərzinə effektiv uyğunlaşması səbəbindən dayanıb.

Onun sözlərinə görə, cəbhənin tam sabitləşməsindən danışmaq hələ tez olsa da, Ukraynanın resursların çatışmazlığını kompensasiya etmək üçün istifadə etdiyi yeniliklər sayəsində vəziyyət xeyli yaxşılaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər