Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edilib
Əsəd Abbaslı
Ukrayna prezidenti Volodimir Zelenski general-moyor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına rəis təyin edib.
Operativ Media xəbər verir ki, Qnatov indiyə qədər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olub.
Qeyd edək ki, fevralın 26-da prezident Volodimir Zelenski Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı vəzifəsindən azad edib.
Fevralın 27-də isə Rustem Umerov dövlət başçısı ilə razılaşdıraraq Qnatovu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net