Menyu

Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfər ölüb

Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfər ölüb

Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Operativ Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 145 yanğına çıxış, 24 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 39 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər