AQTA: Astara rayonunda baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb – YENİLƏNİB

Əsəd Abbaslı
AQTA: Astara rayonunda baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb – YENİLƏNİB

Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə  Operativ Media-ya agentlikdən məlumat verilib.

Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

18:14

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: "Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".

Digər xəbərlər