Gəncədə ev tikintisi zamanı uçqun olub - YENİLƏNİB

Əsəd Abbaslı
Gəncədə ev tikintisi zamanı uçqun olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

15:33

Gəncə şəhərində ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var.

Operativ Media xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.

Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb. 

Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər