Şəmkirdə təcili tibbi yardım biriqadası qəzaya uğrayıb - YENİLƏNİB

Əsəd Abbaslı
Şəmkirdə təcili tibbi yardım biriqadası qəzaya uğrayıb - YENİLƏNİB

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

Operativ Media xəbər verir ki, Şəmkir rayonunda "Mersedes" markalı avtomobillə ambulansın toqquşması nəticəsində tibb bacısı T. Ağayeva, təcili tibbi yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, qəza nəticəsində həkimin xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

18:15

Şəmkir rayon ərazisində təcili tibbi yardım biriqadası qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, Şəmkir rayonunda təcili tibbi yardım maşını idarəetmədən çıxaraq körpüdən aşıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər