Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 19 nəfər xəsarət alıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 19 nəfər xəsarət alıb - YENİLƏNİB

Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 08.09.2025-ci il tarixində saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

10:05

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər