Azərbaycan və BƏƏ Böyükşor gölü ətrafında 5 milyardlıq investisiya layihəsi barədə saziş imzalayıb

Nərmin Qocamanlı
Azərbaycan və BƏƏ Böyükşor gölü ətrafında 5 milyardlıq investisiya layihəsi barədə saziş imzalayıb

"Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydinin iştirakı ilə "Modon Holding"in sədri Cassem Al Zaabi ilə "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzaladıq".

Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

Qeyd edək ki, 5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.

Digər xəbərlər