Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Şəfa Hüseynli
Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 048,1 milyon manat investisiya yönəldilib.


Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, investisiyaların 3 671,6 milyon manatı neft-qaz sektorunun, 9 376,5 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1 669,6 milyon manatı (ümumi sərmayənin 12,8 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

Bu ilin ilk 9 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 2 913,0 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 42,4 faiz çoxdur.

Əsas investor ölkələr aşağıdakılardır:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

Birləşmiş Ərəb Əmirlikləri

Türkiyə

Rusiya

ABŞ

İsveçrə

Yaponiya

İran

Macarıstan

Fransa

Hindistan


Digər xəbərlər