Ana səhifə / Dünya / Finlandiyada sosial təminatla yaşayan miqrantlar vətəndaşlıq ala bilməyəcəklər Finlandiyada sosial təminatla yaşayan miqrantlar vətəndaşlıq ala bilməyəcəklər 17.10.2025, 15:43 Şəfa Hüseynli Finlandiya sosial müavinətlə yaşayan miqrantlar üçün vətəndaşlıq almaq qaydalarını sərtləşdirib. Operativ Media xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.Bildirilib ki, vətəndaşlıq almaq üçün miqrantın sosial müavinətlərdən deyil, işdən və ya sahibkarlıq fəaliyyətindən gəliri olmalıdır.Ərizəçi iki il ərzində üç aydan çox sosial yardım alıbsa, Finlandiya pasportu ala bilməyəcək. Qeyd olunur ki, yeni qayda yetkinlik yaşına çatmayanlara və 65 yaşdan yuxarı pensiyaçılara şamil edilməyəcək.