Maliyyə Nazirliyi gələcəkdə pensiya yaşının artırılması anonsunu edir, ƏƏSMN isə hazırda belə bir təklifin muzakirə olunmadığını deyir.
Bəs əslində vəziyyət necədir? Pensiya yaşı həqiqətən də artırıla bilərmi?
Mövzu ilə bağlı Operativ Media-ya Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, hazırda pensiya yaşının artırılması ilə bağlı Milli Məclisə hər hansı bir layihə təqdim olunmayıb:
"Lakin, pensiya islahatlarının dərinləşməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas proritetlərdəndir.
Özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi çox vacib istiqamətlərdən hesab olunur.
Bu baxımdan islahatların bu istiqamətdə dərinləşməsi, yeni qərarların qəbul edilməsi gözləniləndir.
Sözsüz ki, strategiyada qeyd edilməsə daha uzun müddətli dövr üçün nəzərdə tutulan məsələlərdir. Xüsusən də əhalinin yaşı və sığorta ödənişlərinin nəzərə alınmaqla qərar veriləcəyi gözlənilir.
Daha çox özəl pensiya fondlarının yaradılması, pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə də növbəti illərdə müəyyən addımlar atılacağı gözlənilir.
Amma konkret pensiya yaşının dəyişdirilməsi ilə bağlı hər hansı bir layihə təqdim olunmayıb. ƏƏSMN və Maliyyə nazirliyi mövcud imkanları və demoqrafik vəziyyəti nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri sistemləşdirməyə çalışır".