Menyu

MN: Praktiki atış çalışmaları icra olunub

Redaksiya
MN: Praktiki atış çalışmaları icra olunub

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər. Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər