Menyu

Ərdoğan: Ağdamda məktəbin açılışını edəcəyik - VİDEO

Operativ Media
Ərdoğan: Ağdamda məktəbin açılışını edəcəyik - VİDEO
1 dəq oxu

Ağdamda 40 sinif otağından ibarət məktəb inşa olunur.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq", - o bildirib.

Türkiyə lideri əlavə edib ki, təhsil müəssisəsinin açılışı gələn ilə planlaşdırılır:

"Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik".

Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərindən də bəhs edib:

"Qarabağın yenidən dirçəlməsi və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyi böyük hörmətlə təqdir edirik.

Qarabağda yenidən alovlanan hər ocaq, yüksələn hər əsər, bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik".

O, Cəbrayılda həyata keçirilən birgə layihədən də söz açıb:

"Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub".

Əlaqəli Xəbərlər