Menyu

Ərdoğan: Şuşanın qüruru bütün millətimizin qürurudur

Operativ Media
Ərdoğan: Şuşanın qüruru bütün millətimizin qürurudur
1 dəq oxu

Bakı və Şuşanın sevinci, qüruru Türkiyə üçün də eyni məna daşıyır.

Operativ Media xəbər verir ki, Türkiyə Prezidenti bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur”, – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik əsasında möhkəmləndirilən Azərbaycan-Türkiyə qardaşlığını zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da məqsədlərinə çata bilməyəcəklər.

Ərdoğan iki ölkə arasındakı birliyin hər zaman davam edəcəyini vurğulayıb.

Əlaqəli Xəbərlər