Menyu

İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Operativ Media
İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edilib.

“Əziz qardaşım Məhəmməd Şahbaz Şərifə Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığı səmimi təbrikə görə təşəkkür edirəm.

Noyabrın 8-i torpaqlarımızın azad edilməsini və təxminən 30 illik işğala son qoyulmasını simvolizə edən xalqımız üçün əlamətdar gündür.

Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər paradında iştirakınız davamlı dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”.

Əlaqəli Xəbərlər