Menyu

Ərdoğan: Qarabağda tarixi irsin bərpası Azərbaycan xalqının gələcəyə inamını göstərir

Operativ Media
Ərdoğan: Qarabağda tarixi irsin bərpası Azərbaycan xalqının gələcəyə inamını göstərir
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluq duyduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum.

Altı il əvvəl İlham qardaşımın qətiyyətli rəhbərliyi ilə vahid amal ətrafında birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu.

Bu şanlı qələbə Azərbaycanın haqq davasının ən gözəl təzahürü, bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoydu.

Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır.

Biz Azərbaycanın haqq mübarizəsinə sahib çıxdığımız kimi, bölgəmizdə davamlı sülhün təmin olunmasına yönəlmiş səmimi səylərini də dəstəkləyirik.

Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyləri böyük təqdirlə izləyirik.

Qarabağda yenidən hər ocağın tüstüsünün qalxması, hər yeni əsərin ucalması və tarixi irsin bərpa edilməsi Azərbaycan xalqının gələcəyə olan inamını göstərir.

İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”.

Əlaqəli Xəbərlər