Menyu

Satmaq öhdəliyi ilə kirayə götürülən mənzillərdə qeydiyyata düşmək qaydası - İZAH

Ayşən Sadıxzadə
Satmaq öhdəliyi ilə kirayə götürülən mənzillərdə qeydiyyata düşmək qaydası - İZAH
2 dəq oxu

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən yararlanan vətəndaşların qarşılaşdığı suallardan biri də əldə etdikləri mənzil üzrə yaşayış yeri qeydiyyatına düşmək məsələsidir. Xüsusilə mənzilin mülkiyyət hüququ tam rəsmiləşdirilmədiyi hallarda qeydiyyatın hansı qaydada aparılması və bunun üçün hansı sənədlərin tələb olunması maraq doğurur. Bəs vətəndaş kirayə mənzil fondundan əldə etdiyi evə necə qeydiyyata düşə bilər?

Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov danışıb.

O bildirib ki, kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə 1 oktyabr 2026-cı il tarixindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər aşağıdakılardır:

“Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar”.

Hüquqşünas həmçinin qeyd edib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür:

“Əgər yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaşın müvəqqəti qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Mənzilə qeydiyyata düşmək üçün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Evinin çıxarışı olmayanlar belə, evə dair ilkin müvafiq sənədləri təqdim etməklə qeydiyyata düşə bilərlər. Bunun üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Şəxsiyyət vəsiqəsi (vətəndaşın özünün)

Mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış / kupça, order, icarə müqaviləsi və ya mülkiyyətçinin notariat qaydasında təsdiqlənmiş razılıq ərizəsi) Yaşayış sahəsinə köçməyə əsas verən sənəd və ya mülkiyyətçinin razılığı.

Mülkiyyətçi vətəndaşın mənzilə qeydiyyata düşməsinə razılığı “mobil notariat” tətbiqi üzərindən verə bilər”.

Əlaqəli Xəbərlər