"Mançester Yunayted"in futbolçusu Əmir İbrahimov Rusiya vətəndaşlığına keçib

"Mançester Yunayted"in 21 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən yarımmüdafiəçi Əmir İbrahimov idman vətəndaşlığını ingilisdən rusa dəyişib.
Operativ Media Bu barədə "Sport Baza" Telegram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 17 yaşlı futbolçu ilə bağlı müvafiq dəyişikliklər artıq FİFA sistemində qeydiyyata alınıb. Gözlənilir ki, İbrahimov Rusiya milli komandalarına dəvət almaq hüququ qazanacaq.
Əmir İbrahimov 2008-ci ildə Buynaksk şəhərində anadan olub. 2019-cu ildə ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Futbolçu əvvəlcə “Şeffild Yunayted”in gənclər komandalarında çıxış edib, daha sonra “Mançester Yunayted” klubuna keçib.
2025/26 mövsümündə İbrahimov “Mançester Yunayted”in gənclər komandasında 9 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 2025-ci il iyulun 1-də klubla peşəkar müqavilə imzalayıb.