06 Mart 2023, 12:30
MN: PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir
MN: PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir şəkil
MN: PDM ekipajları ilə döyüş atışlı məşğələlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir.

"Operativ Media" xəbər verir Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər.

Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.

Son xəbərlər
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib