http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

MN: Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır

09 Mart 2023 , 13:01
MN: Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb.
Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.
Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

XİN: Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil

XİN: Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil

XİN: Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir

XİN: Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir

XƏBƏR LENTİ
  • 13:01

    Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
  • 12:55

    Sabah yağış yağacaq
  • 12:47

    Rusiya Ermənistana silah-sursat tədarükünü bərpa edib
  • 12:43

    XİN: Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil
    XİN: Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil
  • 12:40

    Qəzzada son sutkada 26 nəfər həlak olub
  • 12:34

    XİN: Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir
    XİN: Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir
  • 12:28

    Ayxan Hacızadə: Sülh layihəsi üzrə yekun razılaşma yoxdur
    Ayxan Hacızadə: Sülh layihəsi üzrə yekun razılaşma yoxdur
  • 12:23

    İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
Menyu